8 Oktyabr 2014 17:23
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürd muxtariyyətinin paytaxtı Kobani şəhərinin “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı tərəfindən ələ keçirilməsinə etiraz məqsədilə Türkiyədə 2 gündən bəri davam edən aksiyaların ardından yaranan toqquşmalarda ölənlərin sayı durmadan artmaqdadır.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, rəsmi məlumatlara görə, etiraz aksiyaları zamanı ölənlərin sayı 18 nəfərə çatıb. Diyarbəkirdə 10, Martında 3, Siirtdə 2, Vanda 1, Batmanda 1, Muşda 1 vətəndaş həyatını itirib.

Yaralıların dəqiq sayı isə hələ ki məlum deyil.

6 rayonda vətəndaşların küçəyə çıxması qadağan edilib.

Samir


Müəllif:

Oxşar xəbərlər