İsrailin xüsusi xidmət orqanları (MOSSAD) İranın bu ölkənin xaricdəki səfirliklərinə qarşı hazırladığı hücum planlarının qarşısını alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Kanal-12” televiziyası məlumat yayıb.
Məlumatda bildirib ki, İran İsrailin Avropa və digər ölkələrdə yerləşən diplomatik korpuslarını hədəf almağı planlaşdırıb.
Xəbərdə MOSSAD-ın əməliyyatlarının detalları, məlumatın mənbəyi və hücumun hansı ölkələrdəki səfirliklərə qarşı nəzərdə tutulduğu açıqlanmayıb. Yalnız qeyd edilib ki, həmin ölkələr hücum planlarının neytrallaşdırılmasında MOSSAD-la əməkdaşlıq ediblər.
Hələlik rəsmi Tehran yayılan iddialara münasibət bildirməyib.