8 İyul 2020 23:35
13 594
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Suriya münaqişəsi ilə bağlı məsələlər konkret faktlar əsasında həll edilməlidir və BMT-nin Suriya üzrə müstəqil komissiyası bu meyara uyğun gəlmir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov söyləyib.

“Bu komissiya konsensus yolu ilə qurulmayıb, onun səlahiyyətləri bir çox suallar yaradır. Bu komissiya ilk növbədə Suriyada rejim dəyişikliyinə başlamış Qərb ölkələri tərəfindən yaradılıb. Əsas məqsədləri də Dəməşq və müttəfiqlərinin “kirli fəaliyyətlər”ini aşkar etməkdir”, - Lavrov qeyd edib.

Rusiyanın baş diplomatı Əsəd hökuməti və ölkəsini İdlibdə müharibə cinayətinə yol verməkdə ittiham edən komissiyanın heç vaxt sözügedən bölgədə olmadığını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər