8 Oktyabr 2014 21:57
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın dövlət katibi Viktoriya Nuland və ABŞ-ın Ukraynadakı səfiri Ceffri Payett sərhəd mühafizəsini gücləndirmək məqsədilə Ukrayna sərhədçilərinə 3 milyon dollarlıq hərbi avadanlıq və texnika çatdırıblar.

Teleqraf.com-un UNİAN-a istinadən məlumatına görə, bu haqda Ukrayna Dövlət Sərhəd Xidməti rəsmi açıqlama yayıb. Viktoriya Nulandla Ceffri Payettin Sərhəd Xidmətinin rəhbərliyi ilə görüşündə Ukrayna sərhədlərinin qorunması ilə bağlı ABŞ-ın köməyinin cəlb edilməsində təhlükəsizlik və ehtiyac sahəsində əməkdaşlığı müzakirə ediblər. Görüşdə ölkənin şərqində və cənubunda yaranmış vəziyyət, prezident Pyotr Poroşenkonun sülh planının icrası çərçivəsində sərhəd xidməti bölmələrinin üzərinə düşən əsas vəzifələr müzakirə edilib.

ABŞ tərəfindən Ukrayna sərhədçilərinə yaxın müddət ərzində 15,4 milyon dollarlıq daha iri həcmli hərbi-texniki yardımın göstərilməsi planlaşdırılır.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər