İndoneziyada kiçik gəmidə təşkil edilən toy mərasimi gəminin qəfildən batması nəticəsində yasa çevrilib. Xilasedicilər gəmidə olan 49 sərnişindən cəmi 7 nəfərin həyatını qurtara biliblər.
Teleqraf.com-un “TRT Haber”ə istinadən məlumatına görə, hadisə Qərbi Java adası yaxınlığında baş verib. Qərbi Javanın Fövqəladə Hallar İdarəsinin rəhbəri Zeynal Arif bununla bağlı bildirib ki, digər 42 nəfərdən 12-nin cəsədi tapılıb. O, əlavə edib ki, hələlik itikin düşmüş sayılan 30 nəfər isə böyük ehtimalla qəza zamanı dənizdə boğulublar.
Z.Arif onu da qeyd edib ki, axtarış və xilasetmə işləri itikin düşmüş 30 nəfər tapılanadək davam etdiriləcək.
Nail Cəlil