10 İyul 2020 10:44
1 999
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Mayk Pompeo iranlı general Qasım Süleymaninin Amerika qüvvələri tərəfindən öldürülməsinə dair BMT-nin tənqidlərini rədd edib.

Teleqraf.com xəbər verir ki, dövlət katibi məsələ ilə əlaqədar təqdim olunan hesabatı “uydurma” adlandırıb.

“İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandiri Qasım Süleymaninin həyatına son qoyan ABŞ-ın hava hücumu ilə əlaqədar BMT-nin xüsusi məruzəçisi Kallamarın təqdim etdiyi hesabat və fikirləri rədd edirik. Xanım Kallamarın tapıntıları uydurmadır. ABŞ-ın əsaslandırmaları şəffafdır, bu, beynəlxalq hüquq normalarını özündə ehtiva edir”, - Pompeo qeyd edib.

Mayk Pompeo iranlı generalın təsadüfən öldürülmədiyini bildirib:

“General Süleymanini öldürən zərbə İranın ABŞ-ın Yaxın Şərq bölgəsindəki maraqlarına qarşı silahlı hücumlarının artmasına cavab idi. Zərbə İranın ABŞ və onun əleyhinə növbəti hücumlarını təşkil etmək və ya dəstəkləməkdən çəkindirmək, həmçinin Qüds qüvvələrinin döyüş potensialını azaltmaq üçün edildi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər