10 İyul 2020 12:26
3 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19 pandemiyasının yaratdığı aclıq səbəbindən ilin sonuna qədər hər gün 12 min insan həyatını itirə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərədə fəaliyyət göstərən “Oxfam” adlı təşkilatın yaydığı hesabatda bildirilib.

Hesabatda qeyd olunub ki, COVID-19 pandemiyasına bağlı olaraq artan qlobal aclıq səbəbiylə ölənlərin sayı xəstəlikdən həyatını itirənlərin sayını keçə bilər.

Sənəddə pandemiyaya görə milyonlarla insanın aclığa məruz qaldığı, sərhədlərin bağlamasının, sərt karantin tədbirlərinin və xarici ölkələrə səfərlərin dayandırılmasının bura qədər də çətin durumda olan ölkələrin vəziyyətini bir qədər də çətinləşdirdiyi diqqətə çatdırılıb.

Məlumata görə, indidən pandemiyaya görə Əfqanıstanda daha 1 milyon insan aclıq həddinə gəlib çatıb. Ölkədə aclıq həddində yaşayanların sayı keçən ilin sentyabr ayından bu ilin mayınadək 2.5 milyondan 3.5 milyona qalxıb.

Təşkilat Əfqanıstanla yanaşı, Yəmən, Konqo, Venesuela, Efiopiya, Sudan, Cənubi Sudan, Suriya və Haitini miqyasını genişləndirən aclıq problemi ilə üz-üzə qaldığını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər