12 İyul 2020 13:06
4 886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan və Türkiyənin dəstəklədiyi Milli Razılıq Hökuməti atəşkəsi yalnız bir şərtlə qəbul edə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu "Financial Times"a açıqlamasında deyib.

Onun sözlərinə görə, Liviyada atəşkəsin qəbul edilməsinin yeganə şərti qiyamçı Haftar qüvvələrinin Sirtə şəhərindən geri çəkilməsidir.

"Milli Razılıq Hökuməti Xəlifə Haftar Liviyanın mərkəzi və qərbindəki bölgələrdən geri çəkilərsə atəşkəsə razı olacaq", - deyə Çavuşoğlu qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər