15 İyul 2020 11:38
1 646
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Qərbi Azərbaycan əyalətində 10 il əvvəl bomba ilə hücum etməkdə günahlandırılan iki şəxs edam olunub.

Teleqraf.com-un məlumatına görə, Qərbi Azərbaycan ədliyyəsindən verilən açıqlamada bildirilib ki, 2010-cu ildə Mahabad şəhərində 12 nəfərin öldüyü, 40 nəfərin yaralandığı hücumu təşkil edən şəxslərin ikisi Urmiya şəhərində edam olunub.

Əlavə edilib ki, Urmiya həbsxanasında həyata keçirilən edam prosesi zamanı Mahabadda öldürülən bəzi şəxslərin yaxınları iştirak edib. Bu arada bəlli olub ki, iyulun 14-də İran Müdafiə Nazirliyinin Hava-Kosmos idarəsinin əməkdaşı, təqaüddə olan Rıa Asgrin ABŞ kəşfiyyatının xeyrinə csusluq etdiyi səbəbindən edam olunub.


Müəllif: Cavad

Oxşar xəbərlər