Cənubi Koreyada Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çen və ordu komandanı, marşal Pak Çon-Çon barəsində cinayət işi açılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Cənubi Koreyada olan prokuror Li Kunq Çey açıqlama verib. O, artıq müvafiq ittiham üzrə istintaqın başladığını bildirib.
Lakin Kim Yo Çen və marşal barəsində irəli sürülən ittihamlar təsdiq olunacağı halda, onları hansı formada cəzalandırılacağı bəlli deyil.
Əlavə edək ki, Kim Yo Çen iyunun 14-də ordunun Seula qarşı sərt addımların atacağını deyərək, Cənubi Koreyanı düşmən elan etmişdi. Eyni zamanda, Seulun ölkə sərhədlərindəki rabitə qovşağının partladılacağını bildirmişdi. Açıqlamadan iki gün sonra Şimali Koreya ordusu sərhəddəki qovşağı partlatmışdı.