21 İyul 2020 13:31
2 864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Cənub Hərbi Dairəsinə gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ordu generalı Valeri Gerasimov hərbi birləşmələrdə və hərbi hissələrdə qəfil döyüş hazırlığı yoxlamasının gedişi barədə dairə komandanlığının hesabatlarını dinləyəcək, həmçinin, Kadamovski və Kuzminski poliqonlarında döyüş hazırlığının gedişatını yoxlayacaq”, – deyə TASS bildirir.

Daha əvvəl Cənub Hərbi Dairəsi hərbçilərinin Qafqazın dağ keçidləri ilə yürüş etdikləri məlum olmuşdu.


Müəllif: Səxavət