Ötən gün Ukraynanın Lutsk şəhərində avtobusla birlikdə 13 sərnişini girov götürən şəxs hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.
Teleqraf.com xəbər verir ki, polisin keçirdiyi əməliyyat zamanı cinayətkar müqavimət göstərərək silahdan atəş açıb.
Maksim Krivoş adlı cinayətkar sərnişinləri girov götürdükdən sonra müəyyən tələblər irəli sürüb. Sosial şəbəkə vasitəsi ilə Ukraynadakı sistemdən məmnun olmadığını bildirən cinayətkar dövlət rəsmilərinin, hakimlərin və məmurların ölkədə ən zəngin “terrorçu” olduğunu bəyan edib.
O, həmçinin Prezident Zelenski tərəfindən qəbul edilməsi tələbini səsləndirib.
10 saat davam edən gərginlikdən sonra polis əməliyyat keçirərək sərnişinləri azad edib.