Misir və Fransa Dəniz Qüvvələri Şərqi Aralıq dənizində birgə təlimə başlayıb.
Teleqraf.com xəbər verir ki, təlimin Türkiyə ilə Yunanıstan arasında gərginliyin davam etdiyi bir vaxtda keçirilməsi diqqət çəkib.
Misir ordusunun yaydığı açıqlamasında bildirilir ki, təlim nəticəsində ümumi elementlər arasındakı əlaqələndirmə qabiliyyəti yoxlanılıb, gəmi heyəti yüksək məhsuldarlıq və bacarıqla döyüş tapşırıqlarını yerinə yetirərək peşəkarlığını nümayiş etdirib.