27 İyul 2020 10:35
1 091
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Hyustondakı Çin konsulluğunu bağlaması qərarına qarşılıq olaraq rəsmi Pekindən sərt cavab gəlib.

Teleqraf.com xəbər verir ki, Çin Çendua şəhərindəki ABŞ konsulluğunu qapatmaq haqda qərar verib.

Çin Xarici İşlər Nazirliyi cümə günü verilən 72 saatlıq vaxtın bu gün başa çatdığını açıqlayaraq Çenduadakı ABŞ konsulluğunun boşaldıldığını bildirib.

XİN konsulluq binasının müsadirə edildiyini elan etdikdən sonra hadisə yerinə polis və təhlükəsizlik qüvvələri gəlib.

ABŞ-ın Çindəki səfirliyinin Tvitter səhifəsindən isə bəyan edilib ki, 1985-ci ildən bu yana Çenduadakı konsulluğun Sincan, Yunann, Çuizhou və Tibetdəki insanlara dəstək verməsi ilə qürur duyur.

Xatırladaq ki, hazırda Vaşinqton və Pekin arasında münasibətlər tarixinin ən neqativ mərhələsini yaşayır.

Ticarət və texnologiya məsələlərində anlaşılmazlıq, COVID-19-un Çindən bilərəkdən yayıldığına dair Vaşinqton tərəfindən irəli sürülən iddialar, Cənub Çin dənizində Pekinin atdığı həmlələr və Honkonqda baş verənlər bu gərginliyin əsas istiqamətləridir.

Bu problemlərin üzərinə ötən həftə Texasın Xyuston şəhərində Çin konsulluğunun qapadılması və buna cavab olaraq Çinin Çendau şəhərindəki ABŞ konsulluğunun bağlanması da əlavə edilib.


Müəllif: Cavad