ABŞ-da hər kəsin dörd gözlə gözlədiyi virus daşıyıcısı ölüb.
Tomas Erik Donkan adlı ABŞ vətəndaşı Ebola virusundan dünyasını dəyişən ilk ABŞ-lı olub. Bu şəxs ölənə qədər hər kəs onun taleyi ilə maraqlanırdı. Buna səbəb virusun ölkədə başqa insanlarda da aşkarlanmış olmasıdır.
İspaniyada isə bu virusa yoluxmuş iti həkimlər iynə vuraraq öldürüb. Könüllü intihar hesab edilən Eftonaziya çox zaman xəstənin özünün razılığı ilə olduğu halda bu dəfə xəstənin şüursuz canlı olmasına görə həkimlər özləri bu cür qərar veriblər.
Artıq ABŞ-ın hava limanlarında Ebola virusu aşkar edilmiş ölkələrdən gələn şəxslərin temperaturları yoxlanaraq onların risk qruplarından olub-olmaması aşkarlanır və bu yol ilə ölkəyə daxil olmuş viruslu xəstələrin izolyasiyası həyata keçirilir.
Qeyd edək ki, Ebola xəstəliyinə tutulmuş adamın paltarları əsas təhlükə mənbəyi hesab edilir və bu xəstəliyə tutulmağı təsbit edən simptonlar 21 gün ərzində müəyyən edilir. Bu əlamətlər yüksək hərarət, baş və əzələ ağrıları, qarın ağrısı və ürək bulantılarıdır./axar/