Şimali Kipr Türk Respublikasına gələn turistin COVID-19 testi pozitiv çıxdığı üçün qonaq əvvəlcə qaldığı oteldən, daha sonra gəmiyə minərək ölkədən qaçıb.
Teleqraf.com xəbər verir ki, adı açıqlanmayan turist Lefkoşaya məxsus hava yolları vasitəsilə daxil olub.
Hamı kimin o da Ercan hava limanından pandemiya ilə bağlı testdən keçib. Testin nəticəsi pozitiv çıxan kimi turist əvvəlcə qaldığı 5 ulduzlu oteldən qaçıb, daha sonra gəmiyə minərək adanı tərk edib.
Şimali Kipr Türk Respublikasının polisi Türkiyə hüquq mühafizə orqanları ilə əlaqə quraraq turist haqqında məlumat verib. Amma onun saxlanması mümkün olmayıb.
Turistin qaldığı otelin əməkdaşları isə dərhal karantinə alınıb.