29 İyul 2020 21:43
1 716
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son vaxtlar Ermənistan-İsrail münasibətləri yaxşılaşsa da, İsrail Azərbaycana silah tədarükünü davam etdirir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Xarici işlər naziri Zohrab Mnatsakanyan “Yerusəlim Post” qəzetinə müsahibəsində deyib.

“İsrail Azərbaycana silah satışını dayandırmalıdır. Biz bu məsələ ilə davamlı şəkildə məşğul olacağıq. Həm ikitərəfli, həm də gündəliyimizin ayrılmaz hissəsi olacaq”, - nazir qeyd edib.

Mnatsakanyan İsrailin qondarma erməni soyqırımını da inadkarlıqla tanımadığını söyləyib: “İsraildə yaşayan bir çox insan bunu qəbul edir. Ancaq son nəticə hakimiyyətə aiddir, soyqırımın tanınması onlardan asılıdır ”.

Yəhudi nəşri isə yazır ki, Azərbaycan İsrailin yaxın tərəfdaşıdır. Mənbə onu da xatırladır ki, Bakı yəhudi dövlətini istehlak etdiyi neftin 40% -ə qədəri ilə təmin edir və eyni zamanda İsrail silahlarının - dronların, raket sistemlərinin ənənəvi alıcısıdır: “2016-cı ildə Azərbaycan rəhbərliyi İsrailə 5 milyard dollarlıq silah müqaviləsi imzalayıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər