30 İyul 2020 09:22
1 213
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Cənubi Koreyadakı səfiri Harri Harrisin bığını qırxması müzakirələrə yol açıb.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN telekanalı öz saytında yazır.

Səfir bığını qırxmasını isti və rütubətli Asiya iqlimində bığla tibbi maska taxmağın əlverişsiz olması ilə izah edib. Diplomat Seuldakı bərbərxanada bığını qırxdırdığı videosunu Tvitterdə yayımlayıb.

Ancaq CNN yazır ki, əsas məsələ bundan ibarət deyil. Belə ki, Harrisin bığı zamanında tənqid dalğasının yaranmasına səbəb olub. Bir sıra koreyalı hesab edir ki, diplomat bığı ilə birlikdə 1910-1945-ci illərdə işğal zamanı Koreya yarımadasını idarə edən yapon liderlərinə bənzəyir. Həmin vaxt çoxlu koreyalı əziyyət çəkib, öldürülüb və kölə halına salınıb. Odur ki, bu yaddaş hələ də yarımadada yaşayır.

Üstəlik Harris özü Yaponiyada dünyaya gəlib. Onun anası yapon, atası amerikalı dəniz zabitidir. Beləliklə, təkcə onun bığı deyil, həm də ailəsinin mənşəyi tənqidlərə səbəb olub. Lakin Cənubi Koreyada onu birbaşa istefaya çağıra bilməzlər, əks halda Birləşmiş Ştatlar bunu irqçilik kimi qəbul edər.

“Öz növbəsində Harris Cənubi Koreyada Yaponiyanı deyil, ABŞ-da təmsil etdiyini deməkdə israr edir və o yalnız doğum faktına görə mühakimə edilməməlidir”, – deyə CNN yazır.


Müəllif: Səxavət

Oxşar xəbərlər