Prezident Donald Tramp ABŞ-ın Almaniyanı Rusiyadan niyə müdafiə etməli olduğunu başa düşmədiyini söyləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə o, “Tvitter”dəki səhifəsində yazıb.
“Almaniya Rusiyaya enerji üçün hər il milyardlarla dollar ödəyir və biz Almaniyanı Rusiyadan qorumalıyıq. Bu nədir belə?”, – deyə Tramp “Tvitter”də qeyd edib.
Amerika lideri, həmçinin, Almaniyanı NATO büdcəsinə 2 faiz töhfə vermək öhdəliyini vicdanla yerinə yetirməməkdə ittiham edib.
Daha əvvəl məlum olmuşdu ki, ABŞ Almaniyadan 11,9 min hərbçisini çıxaracaq, onların bəziləri İtaliya və Belçikaya göndəriləcək.