Misir Bəşər Əsədə dəstək üçün 150 əsgər göndərib.
Teleqraf.com xəbər verir ki, iddiaya görə misirli əsgərlər İran İnqilab Keşikçiləri Korpusu tərəfindən dəstəklənən silahlı qruplarla koordinasiya əsasənda İdlibin cənubuna və Hələbin qərbindəki cəbhə xəttinə yerləşdirilib.
Suriyadakı müxalifət qüvvələrinə yaxın mənbələrin iddiasına görə, Misirdən gələn 150 nəfərlik silahlı əsgər qrupu Bəşər Əsədin nəzarətindəki Hama hava limanına enib. Bu əsgərlərin bir qrupu Xan Asel bölgəsinə, digər qrupu isə İdlibin cənubuna gəlib.
Qeyd edək ki, bu gün Bəşər Əsədə bağlı qüvvələr İdlibə hava zərbələri endirib.