30 İyul 2020 19:48
1 817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir və Birləşmiş Ərəb Əmirlikləri kimi müsəlman dövlətləri Liviya və Aralıq dənizinin şərqi ilə bağlı məsələlərdə Yunanıstanla birlikdə Türkiyəyə qarşı çıxış etdiklərini bildirirlər. Amma İslam Əməkdaşlıq Təşkilatında islam həmrəyliyi nümayiş etdiriklərini deyirlər”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.

Ekspertin sözlərinə görə, Misir islam dünyasında liderlik etməyə iddialı bir dövlətdir:

“Bu baxımdan, bölgədə Türkiyəyə qarşı çıxış etməsi təsadüfi deyil. İraqda Səddam Hüseyn, Liviyada Qəddafi rejimlərinin devrilməsindən sonra bölgədə Misirə bu yöndə yeni imkanlar yarandı. O da təsadüfi deyil ki, Misirə rəhbərlik edən indiki siyasi elita ABŞ-ın dəstəyi ilə ölkənin qanuni Məhəmməd Mursi hakimiyyətini devirərək iqtidara gəlib. Yəni Misirin Türkiyəyə yönəlik ittihamlarının və fəaliyyətlərinin arxasında həm də ABŞ-ın durduğunu deyə bilərik.

Livan, Fələstin və bir sıra digər müsəlman dövlətlərinin Ermənistanın mövqelərindən çıxış etməsinə gəlincə, düşünürəm ki, buna fərqli rakurslardan yanaşmaq lazımdır. Adıçəkilən dövlətlər İslam Əməkdaşlıq Təşkilatının sammitlərində dəfələrlə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu bəyan ediblər. Bu dövlətlər Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyırlar. Üstəgəl, İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə dair zamanında qəbul etdiyi qətnamələr var. Bunlar da BMT-nin məlum qətnamələri ilə üst-üstə düşür. Amma bir sıra müsəlman dövlətlərinin özlüyündə bu məsələyə yanaşmasında təzadlar görünür”.

Elşən Manafov hesab edir ki, Misirdə hakimiyyət dəyişikliyindən sonra bu ölkədə iqtidara gələn siyasi elitanın Ermənistana münasibətlərdə mövqelərindəki dəyişiklik, Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq üçün ABŞ-ın ayrı-ayrı müsəlman dövlətlərinin hakimiyyətləri ilə apardığı iş kontekstində qiymətləndirilməlidir:

“Digər yandan, şübhəsiz ki, bu, erməni lobbisi və diasporunun adıçəkilən dövlətlərdə siyasi elitaların bir sıra nümayəndələrinin pulla ələ alınmasından da qaynaqlanır. Eyni zamanda, digər maraqlardan irəli gələ bilər. Açığı Misirin təmsil olunduğumuz regionla bağlı birbaşa geosiyasi maraqları yoxdur. Sadaladığım amillər səbəbindən adıçəkilən bu dövlətlərin ayrı-ayrı dairələri zaman-zaman Ermənistana dəstəklərini nümayiş etdirirlər. Amma həmin dövlətlər İslam Əməkdaşlıq Təşkilatlarının rəsmi sənədlərində öz mövqelərini bildirirlər. Bu dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. İran da bura daxildir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər