"BƏƏ bizə zərər vermək üçün Türkiyəyə düşmən olan terror təşkilatlarını dəstəkləyir. BƏƏ kiçikliyini və nüfuzunun zəifliyini nəzərə alaraq bunu etməməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.
Akar bildirib ki, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ, Rusiya və Fransa Liviyada qiyamçı Haftar qüvvələrinə dəstəyi dayandırmasa, bu bölgədə sabitlik yaranmayacaq: “Bu ölkələr yardımı davam etdirdikcə, Haftar sabitliyi pozmaqda davam edəcək. Onlar Haftarı dayandırmalıdırlar, Sirtə və Cufra problemi həll olunmalıdır”.
Müdafiə nazir Liviyadakı aqressiv davranışlarına görə Misirə xəbərdarlıq edib: “Misirin Liviya haqda açıqlamaları yenidən nəzərdən keçirilməlidir. Misirə Liviyada sülhə xidmət etməyən, daha çox savaşı körükləyən sözlərdən imtina etməyi məqbul sayıram”.