3 Avqust 2020 07:05
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusunun qırıcı təyyarəli Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, zərbələr daha əvvəl Qəzza zolağından İsrail ərazisinə atılan raketə cavab olaraq həyata keçirilib:

"Ötən gün Qəzza zolağından İsrail ərazisinə raket atılıb. Buna cavab olaraq bir qədər əvvəl qırıcı təyyarələr və uçuş aparatları Qəzza zolağında HƏMAS-ın terror obyektlərinə zərbələr endiriblər".


Müəllif: Teleqraf.com