Pakistanın Baş naziri Navaz Şərif iki ölkə sərhədində baş verən münaqişə ilə bağlı Hindistanı pisləyib.
Teleqraf.com Cihan agentliyinə istinadən xəbər verir ki, bunu Şərif bu gün keçirilən Milli Təhlükəsizlik Komitəsinin toplantısında açıqlayıb. Onun sözlərinə görə, Hindistan atəşkəs sazişinə sadiq qalmalıdır:
“Pakistanın barışıq istəyi yanlış anlaşılmamalıdır. Bu qonşu ölkələrə bir mesaj kimi dəyərləndirilməlidir”.
Şərif həmçinin Hindistan tərəfinin hücumunu təəssüflə qarşıladığını vurğulayıb.
Xatlırladaq ki, son toqquşmalarda 5 Hindistan və 13 Pakistan vətəndaşı həyatını itirib, 30 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Samir