“Türkiyə ordusunun İraqın şimalında yeni hədəfi Sincar və Mahmur olmalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələrinin təqaüddə olan generalı İhsan Bozqurd deyib.
General hazırda PKK terror təşkilatının bu bölgələrdən istifadə etdiyini bildirib:
“Təşkilatın Suriyaya keçidinə nəzarəti təmin etməyimiz üçün bu bölgələrin PKK-dan təmizlənməsi lazımdır. Türkiyənin Haftanindəki əməliyyatları bura daşımaq gücü var. Ancaq bu məsələ beynəlxalq təşkilatlarla həll olunmalıdır.
Mahmur düşərgəsi BMT ilə müzakirələr aparılaraq boşaldılmalıdır. Sincar bölgəsini isə PKK-nın təlim və logistik düşərgəsinə çevirən sistemlər İraq hökuməti tərəfindən yox edilməlidir”.