5 Avqust 2020 17:23
2 569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna və Belarus prezidentləri – Vladimir Zelenski və Aleksandr Lukaşenko Belarusda saxlanılan Donbas münaqişəsinin iştirakçılarının ekstradisiyası məsələsini müzakirə ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, dövlət başçıları “Vaqner” özəl hərbi şirkətinə məxsus bir qrup hərbçinin iyulun sonunda Belarus ərazisində saxlanması ilə bağlı məsələləri ətraflı müzakirə ediblər.

“İki dövlətin səlahiyyətli orqanlarının, xüsusən də dövlətimizin ərazisində terror fəaliyyətində şübhəli bilinən şəxslərin Ukraynaya verilməsi kontekstində daha səmərəli və qarşılıqlı fəaliyyətinin əhəmiyyəti qeyd olunub”, - məlumatda vurğulanıb.

Xatırladaq ki, ötən həftə Belarusda Rusiyaya bağlı “Vaqner” qrupuna bağlı 33 rus hərbçi saxlanılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər