Tacikistanda prezident seçkiləri oktyabrın 11-də keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti” parlamentin yuxarı palatası sədrinin aparatına istinadən xəbər yayıb.
“Tacikistanda prezident seçkiləri bu il oktyabrın 11-nə təyin edildi”, – deyə məlumatda bildirilir.
Qeyd olunur ki, müvafiq qərar ölkə parlamentinin iki palatasının birgə iclasında verilib. O da bildirilir ki, sözügedən tarix parlamentin aşağı palatasının birinci vitse-spikeri Mahamadali Vatanzoda tərəfindən təklif oluub.