7 Avqust 2020 11:09
4 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

“CHP-li siyasətçi Məhərrəm İncənin əsas hədəfi Türkiyə prezidenti olmaq və öz partiyasını qurmaqdır”.

Teleqraf.com xəbər verir ki, bu barədə türk mediasında məlumat yayılıb.

İncənin bu məqsədlə paytaxt Ankarada öz ofisini açmağa hazırlaşdığı bildirilib. Siyasətçinin bu addımı atmasına səbəb kimi üzvü olduğu Cümhuriyyət Xalq Partiyasından (CHP) dışlanması göstərilir.

İddiaya görə, İncə qarşıdan gələn prezident seçkisində CHP-nin namizədi olmayacağı təqdirdə, öz partiyasını qurmaq üçün adekvat addımlar atacaq. Onun öz planını reallaşdırmaq üçün CHP-də təmsil olunan və vaxtilə bu partiyadan uzaqlaşmış məşhur simalarla görüşlərə başladığı da yayılan məlumatlar arasındadır.

İndiki məqamda siyasətçinin öz partiyasını qurmaq yönündə ortaya atdığı iddialarla sadəcə CHP-yə təzyiq etdiyi deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər