ABŞ Rusiya ilə qarşı sanksiyaları yumşaldılması üçün danışıqlara başlaya bilər.
Teleqraf.com lenta.ru-a istinadən xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Toni Blinken açıqlayıb. Onun sözlərinə görə, bu danışıqların yaxın bir neçə həftə ərzində baş tutacağı gözlənilir. Blinken tərəflərin bu müddət ərzində Minsk danışıqlarına əməl etmədiyi təqdirdə əlavə tədbirlərin görüləcəyini də istisna etməyib.
O bildirib ki, əgər rəsmi Moskva barışıq sazişini yaxın vaxtlarda reallaşdırsa, danışıqlara başlamaq üçün şərait yaratmış olacaq:
“Barışığın əldə olunması üçün isə ilk olaraq, Rusiyanın hərbi heyəti və tenikası Ukraynanı tərk etməlidir”.
Blinken Rusiya ilə Qərb arasında Ukraynada baş verənlərə və Krımın birləşdirilməsi ilə bağlı Putinin apardığı siyasətə görə münasibətlərin kəskin pisləşdiyini də qeyd edib.
Samir