13 Avqust 2020 13:21
1 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamentinin Polşadan olan deputatı Yatsek Sariuş-Volski Belarusdakı mövcud vəziyyətə görə Rusiyaya sanksiya tətbiq etməyi təklif edib.

Teleqraf.com xəbər verir ki, o, müvafiq təklifi Polşa radiosunun efirində səsləndirib.

“Avropa İttifaqının, Polşanın təklif edə biləcəyi şey sanksiyaları Belarusa deyil, Rusiyaya tətbiq etmək olmalıdır. Çünki bu, əli deyil, qılıncı cəzalandırmağa bənzəyir”, – deyə “RİA Novosti” onun sözlərindən sitat gətirir.

Avroparlament deputatının sözlərinə görə, Rusiya neytrallaşdırılacağı təqdirdə belaruslar özləri demokratiyanın qurulması işinin öhdəsindən gələ bilərlər.

Eyni zamanda, o, Belarusdakı hadisələrə Avropa İttifaqının sərt reaksiya verməməsindən təəssüfləndiyini bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər