“Bir çox region ölkələri BMT-nin İrana qarşı tətbiq etdiyi silah embarqosunun müddətinin uzadılmasının tərəfdarıdır”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
“İsraildən tutmuş, körfəzə qədər İranın qarət və soyğunçuluğuna məruz qalan bütün Yaxın Şərq ölkələri yekdilliklə deyirlər ki, İrana qarşı tətbiq edilən silah embarqosunun müddəti uzadılmalıdır”, - dövlət katibi vurğulayıb.
Mayk Pompeo hesab edir ki, BMT Təhlükəsizlik Şurası həmin ölkələrin səsini eşitməli, bu yöndə adekvat addımlar atmalıdır.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi hərbi sanksiyalar oktyabrın 18-də başa çatır.