15 Avqust 2020 18:54
1 660
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İrana silah embarqosunun uzadılması cəhdində məğlub oldu.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayn söyləyib.

“Bu gün məğlub olduq, amma bu hələ son deyil”, – deyə “RİA Novosti” onun “Fox News”a verdiyi müsahibədən sitat gətirib.

Onun sözlərinə görə, Fransa, Almaniya və Böyük Britaniyanın dəstəyinin olmaması məyusedicidir, lakin təəccüblü deyil.

Qeyd edək ki, bundan əvvəl BMT Təhlükəsizlik Şurası ABŞ-ın İrana qarşı silah embarqosunu uzatmaq barədə qətnamə layihəsini rədd edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər