15 Avqust 2020 16:19
1 471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dörd yapon nazir Yaponiyanın İkinci Dünya müharibəsində təslim olmasının ildönümündə militarizmlə assosiasiya olunan Yasukuni məbədini ziyarət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, məbəddə II Dünya müharibəsində Yaponiya uğrunda gedən döyüşlərdə həlak olan əsgərlərin siyahısı var.
Yaponiyanın Baş naziri Sindzo Abe məbədi ziyarət etməyib, ancaq ora ritual hədiyyə göndərib.

İkinci Dünya müharibəsinin son mərhələsində militarist Yaponiyanın təslim olmaqdan imtina etməsi ona qarşı nüvə silahından istifadə edilməsini şərtləndirib. ABŞ Hərbi Hava Qüvvələri avqustun 6-da Xirosima, avqustun 9-da Naqasaki şəhərlərinə atom bombası atıb. Nəticədə Xirosimada 90-166 min, Naqasakidə 60-80 min arasında insan həlak olub.
15 avqust 1945-ci ildə Yaponiya təslim olduğunu elan edib. Rəsmi olaraq İkinci Dünya müharibəsinə son verən qeyd-şərtsiz təslim aktı isə 1945-ci il sentyabrın 2-də imzalanıb.

Bundan əvvəl Xirosima və Naqasaki şəhərində atom bombası atılmasının 75-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər