15 Avqust 2020 22:37
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son 24 saat ərzində daha 21 nəfər COVID-19-dan həyatını itirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Onun sözlərinə görə, koronavirus qurbanlarının ümumi sayı 5 955 nəfərə yüksəlib.

Qoca bildirib ki, ölkədə 1 256 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 248 117 nəfərə çatıb.

Nazir qeyd edib ki, son sutkada koronavirusdan 992 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 229 972 nəfər təşkil edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər