16 Avqust 2020 08:28
1 840
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Trampın qardaşı Robert vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Donald Tramp məlumat verib.

O, kiçik qardaşı barədə bu sözləri deyib: "O, sadəcə mənim qardaşım deyildi, mənim ən yaxşı dostum idi. Onun üçün çox darıxacam, amma biz yenə görüşəcəyik. Onun xatirəsi daim qəlbimdə yaşayacaq".

Qeyd edək ki, NBC telekanalı 71 yaşlı Robert Trampın ağır xəstəlik səbəbindən xəstəxanaya yerləşdirilməsi barədə məlumat vermişdi.


Müəllif: Teleqraf.com