16 Avqust 2020 18:43
2 836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko müxalifətin heç kəsə sakit həyat bəxş etməyəcəyini söyləyib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı müxalifəti xarici ölkələrin əllərində alət olan “kukla” adlandırıb.

“Mən bir realistəm. Dinləyin, bizə sakit bir həyat verməyəcəklər. İndi sakitləşsələr də bir müddət sonra siçovullar kimi dəliklərindən çıxacaqlar. Onsuz da əcnəbilər tərəfindən idarə olunurlar – kuklalar”, - Lukaşenko bildirib.

Onun sözlərinə görə, müxalifət əksəriyyətin rəyini nəzərə almalıdır.

Lukaşenko Belarus küçələrində vəhşiliyə respublika hakimiyyətinin deyil, rəqiblərinin səbəb olduğunu söyləyib:

“Deyirlər ki, küçələrdə qəddarlıq var. Bəs bunu kim ortaya çıxardı? Sən çıxardın. Bu, bizə lazım deyildi. Onları dayandırmağa məcburuq, dayandırmasaq, ölkəni parçalayacaqlar”.

O, rəqiblərinə dövlət mediasının jurnalistlərinə və ailələrinə toxunmamaq barədə xəbərdarlıq edərək, bir şey baş verərsə, günahkarların cavab verəcəyini qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər