16 Avqust 2020 20:44
1 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO Şərqi Avropada hərbi qüvvə toplamır, lakin Belarusdakı vəziyyəti diqqətlə izləyir.

Teleqraf.com-un məlumatına görə, bu barədə Brüseldə yayılan Şimali Atlantika alyansının bəyanatında deyilir.

NATO-nun rəsmi nümayəndəsi Oana Lunqesku alyansın reqiondakı rolunu müdafiə, proporsional və münaqişələrin həlli üçün nəzərdə tutulduğunu qeyd edərək deyib: "Şimali Atlantika ittifaqının şərq hissəsində NATO-nun çoxmillətli mövcüdluğu heç bir ölkəyə təhlükə yaratmır".

Onun sözlərinə görə, NATO Belarusdakı vəziyyəti yaxından izləyir. O.Lunqesku alyansın baş katibi Yens Stoltenberqin Belarus hakimiyyətini "təməl azadlıqlara, o cümlədən söz azadlığına və insanların dinc etiraz nümayiş etdirmək hüquqlarına hörmət etməsinə" çağırışını təkrarlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər