17 Avqust 2020 12:57
3 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa Prezidenti Emmanuel Makronun Belarusdakı vəziyyətlə bağlı açıqlamasına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, rus diplomat Avropa Birliyini öz daxili problemlərinə diqqət artırmağa çağırıb.

Zaxarovanın Fransa liderinə cavabı belə olub:

“Nə vaxt Makron Avropa Birliyindən dinc nümayişlərdə öz hüquqlarını, azadlıqlarını və suverenliyini tələb edən yüz minlərlə “sarı gödəkçəli” ilə birlikdə hərəkət etməyi xahiş etdi? Avropa Birliyi nə zaman üzv dövlətlərin prezidentlərinin xahişlərini gözləməyi dayandıracaq və öz məkanında etiraz aksiyalarını dəstəkləmək üçün fəal şəkildə səfərbər olmağa başlayacaq? Həmişəki kimi riyakarlıq...”.

Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron Avropa Birliyini hüquqları, azadlıqları və suverenliyinin qorunması üçün dinc şəkildə etiraz edən yüz minlərlə belarusluya dəstək üçün səfərbər olmağa çağırıb: “Xalq ümumiyyətlə, hakim elita ilə əlaqə qurmaq istəmir. Başqa bir şey istəyir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər