18 Avqust 2020 12:23
2 503
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Baş naziri Mustafa əl-Kazımi ölkəsinin İŞİD terror təşkilatı ilə mübarizədə ABŞ-ın yardımına ehtiyacının olduğunu deyib.

Teleqraf.com xəbər verir ki, baş nazir bu həftə ABŞ Prezidenti Donald Trampla keçirəcəyi görüşdən əvvəl bölgədəki durumla bağlı açıqlamalar verib.

Kazımi ötən ay səfərə getdiyi İrandan ABŞ-a hansısa mesaj gətirib-gətirmədiyi barədə suala belə cavab verib: “Biz poçtalyon deyilik”.

O, İraqın İŞİD-lə mübarizədə ABŞ-la birlikdə hərəkət etmək istədiyini də diqqətə çatdırıb. Kazımi bu əməkdaşlığın terror təhdidinin dəyişən mahiyyətini, o cümlədən təlim və silah dəstəyini əks etdirəcəyini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər