18 Avqust 2020 11:52
2 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Prezidenti Donald Tramp rusiyalı və türk həmkarları - Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanı, o cümlədən Çin və Şimali Koreya liderlərini “dünya səviyyəli şahmatçı” adlandırdı. Donald Tramp həqiqətləri obyektiv qiymətləndirdi”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı tarix elmləri doktoru, siyasi ekspert Aleksey Podberezkin deyib.

“Tramp reallığı obyektiv qiymətləndirdi - bu, bütün siyasətçilər üçün çox vacib bir keyfiyyətdir, çünki onların çoxu adekvatlığı ilə fərqlənmir. Tramp realist bir siyasətçidir. O, hər kəsi öz adları ilə çağırır”, - Podberezkin bildirib.

Bundan əvvəl ABŞ başçısı Tramp rəqibi Co Baydenin prezident seçiləcəyi təqdirdə, Rusiya, Çin, Türkiyə və Şimali Koreya liderləri ilə rəqabət apara bilməyəcəyini söyləyib:

“Bir şey başa düşdüm - Putin, Prezident Si, Kim Çen In, Tayyib Ərdoğan – onlar dünya səviyyəli şahmatçılardır”.

ABŞ prezidentinin sözləri sosial şəbəkələr və dünya mediasında müzakirə mövzusuna çevrilib.


Müəllif: Mənsur Rəğbətoğlu