Ermənistanın Moskvadakı səfiri Vardan Toqanyan Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Mixail Boqdanovla görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfirliyi məlumat yayıb.
Söhbət zamanı Yaxın Şərqdə Rusiya-Ermənistan xarici siyasət əməkdaşlığının aktual problemləri müzakirə edilib.