12 Oktyabr 2014 00:05
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Kərkük şəhərində İŞİD-in peşmərgə qüvvələrinə ən yaxın mövqeyi görüntülənib.

İŞİD-lə peşmərgə qüvvələri arasında olan ən yaxın məsafə Molla Abdullah körpüsü üzərindəndir - cəmi 47 metrdir. Körpünün bir tərəfində möhkəmlənən peşmərgə qüvvələri İraq ordusunun Kərkükdən geri çəkilməsindən sonra boşluğu doldurur.

Teleqraf.com-un məlumatına görə, vətəndaşların keçidi üçün bağlı olan bölgə İraqın ən təhlükəli yerlərindən biri olaraq qəbul edilir.

Bu ilin iyun ayında Mosulu ələ keçirdikdən sonra İraqın içərilərinə doğru irəliləyən İŞİD bir çox ərazini işğal edib. Ələ keçirdiyi yerlərdə çoxlu sayda döyüşçü və ağır silah saxlayan İŞİD İraqın mərkəzinə doğru irəliləyərkən Kürdüstan Regional rəhbərliyi də ciddi təhlükəsizlik tədbirləri görüb.


Müəllif:

Oxşar xəbərlər