20 Avqust 2020 15:22
2 323
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Gürcüstan Acarıstan bölgəsini səssizcə fəth edir, amma rəsmi Tiflis qonşusunun hərəkətlərinə fikir vermək istəmir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya və Gürcüstan Xalqları Birliyinin prezidenti Vladimir Xomeriki deyib.

Məsələ ilə əlaqədar absur iddiaları ilə diqqət çəkən birlik rəhbəri artıq Türkiyənin Acarıstanı tamamilə fəth etdiyini bildirib:

“2021-ci ildə Qars müqaviləsi başa çatır. Rusiyanın bu müqavilədən çıxacağı təqdirdə, Türkiyənin bəzi Gürcüstan ərazilərinə iddia irəli sürə biləcəyini düşünürəm. Bu gün Gürcüstan səssiz fəth olunur. Türklər Acarıstanda məskunlaşır, Batumidə hava limanına nəzarət edir, əmlak alır, fəal şəkildə məscidlər, dini və dil məktəbləri tikirlər.

Maraqlıdır ki, rəsmi Tiflisin nümayəndələri bundan narahat deyil. Türkiyə bu gün bölgədə çox böyük iqtisadi çəkiyə malikdir, fəal oyunçudur”.

Xomeriki qeyd edib ki, Mixail Saakaşvilinin Gürcüstanda hakimiyyətə gəlməsindən sonra bölgədə türklərin və müsəlmanların sayı artmağa başlayıb: “Hazırda Acarıstanda yüzdən çox məscid və onlarla türk məktəbi var”.

O, Türkiyə ilə yanaşı, Azərbaycanın da Gürcüstanda mövqelərinin gücləndiyini iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu