Türkiyə “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə mübarizədə daha təsirli rol oynayacaq.
Teleqraf.com Doğan agentliyinə istinadən xəbər verir ki, bunu Danimarka parlamentinin sədri Mogens Lykketoft açıqlayıb. Onun sözlərinə görə, quru hərəkatı Türkiyə vasitəsilə ərəb ölkələri tərəfindən aparılmalıdır.
Lykketoft Türkiyənin Suriya və İraqdan 1,5 milyondan çox qaçqın qəbul edərək, heç bir ölkənin edə bilməyəcəyi bir fədakarlıq etdiyini deyib:
“Mən üç həftə əvvəl Kobani hücumları başlamadan sərhədi ziyarət etdim. Türkiyə çox böyük bir yük götürüb. Son həftələrdə bu say təxminən 200-300 min daha da artıb. Qərb ölkələri quru hərəkatına qoşulmamalıdır. Ümid edirəm ki, məsələnin həllində Türkiyə daha təsirli rol oynayır. Bizim gözləntimiz budur”.
Samir