2 May 2014 21:14
1 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidentinin səlahiyyətlərini icra edən və Ali Radanın sədri Aleksandr Turçinov həmvətənlərinə müraciət edərək bu gün səhər antiterror əməliyyatlarının aktiv fazasına başlandığını deyib.

"Slavyanskda oturub Donetsk regionunu terrorizə edən yaraqlıların bazasını aşkar etdik. Bizim əsas məqsədimiz insanları müdafiə etmək və əhali arasında qan tökülməsinə yol verməməkdir. Bizim güc strukturlarımız hazırda xarici dövlətin muzdluları ilə mübarizə aparır. Xaricdən ölkəmizə daxil olan bu terrorçular və cinayətkarlar insanları əsir götürür, öldürür və işgəncə verirlər. Ukraynanın ərazi bütövlüyünə və ölkədəki stabilliyə təcavüz edirlər", - deyə A.Turçinov bildirib.

Ali Radanın sədri qeyd edib ki, bu terrorçuların bazaları əhalisi çox olan şəhərlərdə bərqərar olduğundan, onları tez bir zamanda zərərsizləşdirmək mümkün olmur: "Vəziyyətdən istifadə edən separatçılar vətəndaşların evlərinə soxularaq, həmin binalardan dinc əhaliyə atəş açmaqdan belə çəkinmirlər. Bu günkü əməliyyat zamanı Slavyansk şəhərində mövqe tutan terrorçuların dayaq nöqtələri və silahlı hücumları bütünlüklə dəf edilib. Hazırda ölkədə terrorçulara qarşı hücumlar davam edir".

Əməliyyat zamanı cinayətkarların xeyli itkilər verdiyini deyən Ukrayna Ali Radasının sədri daha sonra əlavə edib ki, Vətənin müdafiəsi uğrunda döyüşən ukraynalı vətəndaşlar arasında ölənlər və yaralananlar da var. Biz hələlik iki nəfərin öldüyü və 7 nəfərin yaralanması barədə məlumata malikik. Vətən uğrunda canından keçənlərin xatirəsi qəlbimizdə əbədi olaraq yaşayacaq.

O, həmçinin Rusiya Federasiyasının rəhbərliyinə müraciət edərək deyib: “Ukrayna ətrafında baş verən hadisələr barədə isterikaya son qoymağınızı qurtarın. Bizə olan hədələri və qorxuzmaları dayandırın!”.


Müəllif: