Türkiyə ilə Rusiya arasında S-400 hava hücumundan müdafiə sistemləri mövzusunda texnoloji paylaşma və birgə istehsal məsələsi gündəmdədir.
Teleqraf.com xəbər verir ki, Rusiyadan verilən son açıqlamalarda S-400 kompleksləri ilə bağlı Türkiyə ilə ikinci razılaşmanın əldə edildiyi bildirilir.
Ancaq razılaşma hələlik konkretləşməyib. Moskva və Ankaranın anlaşmaya çox yaxın olduğu bildirilir. Müzakirələrin davam etdiyi, S-400 kompleksinin ikinci zərfinin Türkiyəyə təslim edilən birinci partiyadan fərqli olacağı deyilir.
Mütəxəssislər yeni paketdə texnologiya paylaşılması ilə yanaşı birgə istehsal mərhələsinin başlanılacağına işarə edirlər. S-400 kompleksinin texnoloji paylaşımı, xüsusilə raketlərin bir qisminin Türkiyədə istehsal ediləcəyi gözlənilir.
Qeyd edək ki, 2017-ci ildə Türkiyə Rusiyadan S-400 kompleksləri almaq üçün 2,5 milyard dollarlıq anlaşma imzalayıb.