Paraqvay Daxili İşlər naziri Euklides Asevedo koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdirilib.
Teleqraf.com-un məlumatına görə, bu barədə ölkənin Səhiyyə naziri Xullio Massoleni deyib.
X.Massoleni deyib: "COVID-19 ilə təsdiqlənmiş yoluxma faktımız var. Nazir Asevedonun vəziyyəti stabil olaraq qiymətləndirilir".
Nazirlikdən verilən məlumata görə, prezident Mario Abdo Benites artıq xəstəxanada 70 yaşlı naziri ziyarət edib.