13 Oktyabr 2014 05:06
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da növbəti prezident seçkilərində real iddiaçılardan sayılan sabiq dövlət katibi Hillari Klinton hazırkı prezident Barak Obamaya qarşı mümkün qəsdin təşkilatçısı ola bilər.

Teleqraf.com-un məlumatına görə, bunu amerikalı siyasi texnoloq Dik Morris iddia edib. O, bildirib ki, Pentaqonun keçmiş başçısı, bu günlərdə Obamanı “uğursuz xarici siyasətə görə” kəskin tənqid eləmiş Leon Panettanın davranışı bunu sübut edir.

Morrisin sözlərinə görə, Panettanın gördüyü iş – Hillari üçün sifarişli qətldir, zərbədir: “Obamanın kabinetində müzakirələri hərtərəfli və doğru təsvir eləməklə o, Klintonu uduş fonunda təqdim edir, Obama isə bu zaman pis görünür. Mən düşünürəm ki, o, öz mükafatını göylərdə alacaq”.

Xatırladaq ki, ötən çərşənbə axşamı Panetta Yahoo News-a müsahibəsində Barak Obamanı Birləşmiş Ştatlara etimadı sarsıtmaqda, qətiyyətsizlikdə və çoxlu səhvlər buraxmaqda suçlamışdı.


Müəllif:

Oxşar xəbərlər