Qiyamçı general Xəlifə Haftara daha bir zərhə rəsmi Vaşinqtondan gəlib. ABŞ Liviya Milli Razılıq Hökumətinin rəhbəri Fayez əs-Sərraca təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, təşəkkür mətni ABŞ-ın Liviyadakı səfirliyinin sosial media hesabında paylaşılıb.
"Liviya Milli Razılıq Hökumətinin rəhbəri Fayez əs-Sərrac və Daxili İşlər naziri Fəthi Başağa əməkdaşlığa görə təşəkkür edirik. ABŞ hüquqi dövlətin tərəfindədir", - deyə vurğulanıb.