Qazaxıstan hakimiyyəti koronavirus pandemiyası səbəbindən tətbiq olunan karantin məhdudiyyətlərini yumuşaldılacağını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin baş sanitar həkimi Ayjan Yesmaqambetova bildirib.
Onun sözlərinə görə, müvafiq qərarda dəyişiklik edilib.
Qərara əsasən, şəhərətrafı qatarların, şəhərlərarası və şəhərətrafı avtobus nəqliyyatının hərəkəti bərpa olunacaq. Sanitar qaydalara əməl olunarsa, mədəniyyət müəssisələri, idman mərkəzləri və üzgüçülük hovuzları işə başlaya bilər. Dini qurumlar da işə davam edə bilərlər.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iyulun 29-da sərt karantin rejiminin müddətini uzadıb. Səhəri gün Qazaxıstan sakinlərinə küçələrdə tibbi maskalar çıxmaq əmri verilib.
Qazaxıstanda yüz mindən çox insan koronavirusa yoluxub, 1523 xəstə ölüb.